“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəHaqqımızda

Haqqımızda

aboutUsImage

Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (ADU THİK), universitetin tələbələrinin sosial-iqtisadi hüquqlarının müdafiəsini, onların maraq və mənafelərinin qorunmasını, təhsil aldıqları dövrdə sosial rifahlarının gücləndirilməsini və asudə vaxtlarının səmərəli təşkilini özünün əsas strateji vəzifəsi kimi müəyyənləşdirib.



Komitənin çoxşaxəli fəaliyyəti, hər şeydən əvvəl tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə, universitetdə sağlam və inklüziv mühitin formalaşdırılmasına, onların intellektual, yaradıcı və mədəni inkişafının təşviqinə yönəlmiş tədbirləri əhatə edir. ADU THİK, tələbələrin hüquqlarının qorunması, asudə vaxtlarının səmərəli keçirilməsi ilə yanaşı, onların sosial-məişət problemlərinin həllinə də xüsusi diqqət yetirir.

icon

İttifaqın struktur genişliyi və üzv sayı

ADU THİK, universitet daxilində fakültələr, kafedralar, departamentlər və müxtəlif tələbə birlikləri ilə sıx əməkdaşlıq müstəvisində fəaliyyət göstərir. Bu əməkdaşlıq tələbələrin maraqlarını qoruyan təşəbbüslərin irəli sürülməsinə, onların icrasının təmin olunmasına, eyni zamanda tələbələrin universitet həyatında daha fəal iştirakına şərait yaradır.

Komitənin geniş fəaliyyət spektri bir sıra prioritet istiqamətləri əhatə edir: