“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

“Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

“Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

ETİHİ Respublika Komitəsinin təşəbbüsü ilə “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.

 

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.


Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub


Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.


Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.


Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.


ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək.  


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib.  


Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvülərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.


Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellketual yarışlar,futbol, valeybol ,şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.


Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.


Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.


Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.


Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.


ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.


Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 


Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.


Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər


Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.


Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.


Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.


Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.


Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.


Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.


Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.


Yarışlar avqustun 30-dək davam edəcək.

ADU tələbələri üçün kibertəhlükəsizlik seminarı təşkil olunub

News Image

ADU tələbələri üçün kibertəhlükəsizlik seminarı təşkil olunub

30 aprel 2026-cı il tarixində ADU THİK tərəfindən “İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik” mövzusunda seminar təşkil olunmuşdur.


Seminarın təlimçisi kibertəhlükəsizlik mütəxəssisi, Ulyon Company MMC-nin müəllimi Şahin Paşazadə olmuşdur. Təlim zamanı tələbələrə informasiya təhlükəsizliyi, kibertəhdidlərdən qorunma üsulları və rəqəmsal təhlükəsizlik sahəsində aktual mövzular haqqında ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.


Seminarın sonunda tələbələr arasında hədiyyəli intellektual oyun keçirilmiş və 1-ci, 2-ci və 3-cü yerləri tutan qaliblər Ulyon Company MMC tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılmışdır.

ADU-nun fəal tələbələri mükafatlandırılıb

News Image

ADU-nun fəal tələbələri mükafatlandırılıb

Azərbaycan Dillər Universitetində (ADU) universitetin ictimai, mədəni, elmi və sosial həyatında fəal iştirak edən tələbələrin mükafatlandırılması mərasimi keçirilib.


Tədbirdə ADU THİK-in sədri Zəha Hüseynova çıxış edərək tələbələrin təhsil aldıqları müddətdə göstərdikləri fəallığı, həyata keçirdikləri təşəbbüsləri və universitetin müxtəlif layihələrindəki iştiraklarını yüksək qiymətləndirib.


Bildirilib ki, mükafatlandırılan tələbələr universitetin sosial və ictimai həyatında aktiv rol oynayan, müxtəlif tədbirlərin təşkilində yaxından iştirak edən, könüllülük fəaliyyətində fərqlənən, eləcə də universiteti müxtəlif platformalarda uğurla təmsil edən gənclərdir.


Sonda fərqlənən tələbələrə təşəkkürnamə, fəxri fərman və hədiyyələr təqdim olunub, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

ADU-da Məzun Günü keçirildi – Fərqlənən tələbələr təltif olundu

News Image

ADU-da Məzun Günü keçirildi – Fərqlənən tələbələr təltif olundu

Azərbaycan Dillər Universitetində (ADU) iyunun 30-da Məzun Günü qeyd olunub.


Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, məzunlar, tələbələr və valideynlər iştirak ediblər. ADU-nun rektoru akademik Kamal Abdulla məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, universitet illərinin onların həyatında mühüm mərhələ olduğunu vurğulayıb.


Mərasim çərçivəsində təhsil və ictimai fəaliyyətdə fərqlənən məzunlar fəxri fərman və diplomlarla təltif ediliblər. Mükafatlar onların universitet həyatında əldə etdikləri uğurların və göstərdikləri fəallığın qiymətləndirilməsi məqsədilə təqdim olunub.


ADU-nun mini-futbol komandası turnirin qalibi olub

News Image

ADU-nun mini-futbol komandası turnirin qalibi olub

ADU İdman Klubu və ADU THİK İdman Klubunun üzvlərinin iştirakı ilə təşkil olunan mini-futbol komandası Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş turnirin qalibi olub.


Komandanın yarışda iştirakı ADU THİK-in maliyyə dəstəyi ilə təmin edilib. Dəstək çərçivəsində iştirakçılar formalarla təmin olunub, həmçinin medal və sertifikatlarla təltif ediliblər.

ADU tələbələri AHİK-in təqaüd proqramında uğur qazanıblar

News Image

ADU tələbələri AHİK-in təqaüd proqramında uğur qazanıblar

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK) tərəfindən 250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim edilib.


Qürurverici haldır ki, Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADU THİK) 8 fəal tələbəsi də bu təqaüdə layiq görülüb.


Təqaüd qazanan bütün tələbələri təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

ADU-da 28 Mayla bağlı elmi seminar keçirildi

News Image

ADU-da 28 Mayla bağlı elmi seminar keçirildi

Azərbaycan Dillər Universiteti və Qafqaz Müsəlmanları İdarəsi nəzdində fəaliyyət göstərən “Tolerantlıq Evi”nin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş elmi seminar keçirilmişdir.


Seminarda Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi nəzdində fəaliyyət göstərən Fəlsəfə və İctimai Elmlər kafedrasının laborantı Ləman Həziyeva çıxış edərək “Şərqin ilk demokratik respublikası və tolerantlıq dəyərləri” mövzusu haqqında iştirakçılara ətraflı məlumat vermişdir.


Tədbirdə həmçinin Fəlsəfə və İctimai Elmlər kafedrasının müəllimələri və Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin tələbələri iştirak etmişdir.


Seminar çərçivəsində tələbələr mövzu ilə bağlı geniş məlumat əldə etmiş, tolerantlıq və demokratik dəyərlərin əhəmiyyəti barədə maarifləndirilmişdir.

ADU Readers Klubu Türk Dünyası Kitab Festivalında iştirak edib

News Image

ADU Readers Klubu Türk Dünyası Kitab Festivalında iştirak edib

25 may ADU THİK nəznində fəaliyət göstərən Readers klubunun idarə heyəti və aktiv tələbələri 6-cı Türk Dünyası Ədəbiyyat və kitab festivalında aktiv şəkildə iştirak etmişdir. Onlar yazar və şairlərlə görüşüb kitablarla maraqlanımışdılar.

ADU-da "Ana dilimizin zənginliyi" mövzusunda intellektual oyun baş tutdu

News Image

ADU-da "Ana dilimizin zənginliyi" mövzusunda intellektual oyun baş tutdu

Ana dilimizin zənginliyini və gözəlliyini bir daha hiss etdiyimiz möhtəşəm intellektual oyun baş tutdu.


Ana dilinə həsr olunmuş intellektual oyunumuz yadda qalan anlar, maraqlı mübarizə və yüksək enerji ilə baş tutdu. Bilik, komanda ruhu və maraqlı mübarizə ilə yadda qalan tədbirimizin sonunda qaliblərimiz mükafatlandırıldı.

İştirak edən hər kəsə təşəkkür edir, qaliblərimizi təbrik edirik!